Şirniyyatdan necə imtina etməli? - İNANILMAZ RESEPT

Mütəxəssislər pəhriz saxlayarkən güclü şirniyyat istəyi yaranan adamlara şəkərlə mübarizədə küncütdən istifadə etməyi tövsiyə edirlər. Bunun üçün "küncüt südü" hazırlayın.

İnqredientlər:

- 100 qr küncüt

- 1 x.q. bal (məcburi deyil)

- 1 l su

Küncütü axşamdan suda isladın, səhər suyu süzün. Küncütü təmiz su ilə yuyub blenderə tökün, üzərinə bir stəkan su və bal əlavə edib blenderdə qarışdırın. Daha sonra qalan suyu tökün və yenidən qarışdırın, sonra mayeni yaxşı süzün. Küncüt südü hazırdır.

Küncüt südünü hər gün səhər yeməyindən əvvəl acqarına içmək lazımdır. Bu reseptdən istifadə edənlər sübut edir ki, 1 həftədən sonra şirniyyatlara olan meyl xeyli azalacaq.

Bundan əlavə küncüt südü əla təbii kalsium mənbəyidir. Kalsium orqanizm üçün ən vacib maddələrdən biridir. Kalsium sümük, diş, saç, dırnaqlar, dəri, əzələlərin (o cümlədən üzər əzələsi üçün) sağlamlığında böyük rol oynayır. Adi inək südü ilə müqayisədə küncüt südündə kalsiumun miqdarı qat-qat daha çoxdur.

Küncüt südünü uşaqlara da verə bilərsiniz.  

Antioksidantlarla zəngin olan küncüt həmçinin qocalıq prosesini ləngidir və xərçəngin yaranma riskini azaldır.

Yadda saxlayın ki, qızardılmış küncüt faydalı xassələrini tamamilə itirir.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика