Загрузка...

Günəş yanıqları zamanı YARDIM. Vacib qaydalar!

Yayda əksəriyyətimiz çimərliklərdə dincəlməyi xoşlayır.

Lakin gün şüalarından xeyir almaq üçün müəyyən qaydalara əməl etmək lazımdır. Əks halda gün şüaları insanın sağlamlığına xeyir yox, ziyan gətirə bilər. Məhz günün altında qaralmadan ("zaqar") süi-istifadə müxtəlif dəri xərçəngi növlərinin əsas risk faktoru sayılır.

Beləliklə, gündən xeyir almaq üçün çimərlikdə günün şüaları altında yalnız səhər saat 10.00-a kimi və axşam 17.00-dan sonra olmaq olar. Qalan vaxt kölgədə dincəlmək lazımdır. Nəzərinizə çatdıraq ki, hətta kölgədə olduqda gün eynəklərindən və baş örtüyündən istifadə etmək, dəriyə gündən qoruyan krem çəkmək lazımdır.

Açıq günün altında olmaq gözlərimiz üçün də ziyanlıdır - bu katarakta kimi ağır göz xəstəliyinin riskini artırır. Bu səbəbdən çimərlikdə dincəldikdə, mütləq gün eynəklərini taxın.

Başınıza papaq, panama taxın. Bu sizi günvurmadan qoruyacaq. Günvurma çox ciddi pozulmadır və ağır hallarda iflicə, komaya, hətta ölümə səbəb ola bilər.

Günəş yanıqlarının əsas təhlükəsi ondan ibarətdir ki, insan bu yanığın olmağından çox gec xəbər tutur. Simptomlar dərhal deyil, 30 dəqiqə - 1 saatdan sonra üzə çıxır.

Günəş yanıqlarının simptomları:

- ağrı

- dərinin qızarması, qaşınması və şişməsi

- üşümə

- baş ağrısı

- halsızlıq

- hərarətin qalxması

- ağır hallarda dəridə suluqların əmələ gəlməsi, ürəkbulanma, qusma, hətta bayılma.

İlk tibbi yardın məqsədi ilə soyuq duş və ya vanna qəbul edin. Vanna qəbul etdikdə suya kartof nişastası və ya çay sodası əlavə etmək olar. Soyuq su çox yaxşı effekt verir - ağrı və dərinin qızarması azalır. Əgər vanna və ya duş qəbul etmək mümkün deyilsə, soyuq islatmalardan istifadə edin. Bir neçə qat qatlanmış tənzif soyuq suda isladılır, yanmış dəriyə qoyulur və tez-tez dəyişilir. Buzdan istifadə etmək olmaz! Bu yanığın artmasına səbəb olacaq.

Mütləq su içmək lazımdır. Bu susuzlaşmanın qarşısını alır. Xəstəyə 2-3 stəkan mineral su verin.

Günəş yanıqları zamanı ən yaxşı vasitələr Bepanten və Pantenol spreyləridir. Onlar dərini nəmləndirir, sağalmanı tezləşdirir.

İlk günlərdə dəriyə yağ, vazelin, xama və s. bu kimi vasitələri çəkmək olmaz. Bu sağalmanı yalnız ləngidəcək və dəridə mikrobların çoxalması üçün yaxşı şərait yaradacaq.

Əgər yanıq nəticəsində dəridə suluqlar əmələ gəlibsə, mütləq həkimə müraciət edin. Bu suluqları heç bir halda deşmək və s. olmaz. Əks halda yaraya infeksiya düşə bilər.

Xəstənin vəziyyəti ağırdırsa, nevroloji simptomlar (baş ağrısı, baş gicəllənməsi, bayılma, ürəkbulanma, qusma) inkişaf edirsə, dərhal "təcili yardım" çağırın.

Əgər insanda hərarət qalxıbsa, ona hərarətsalan preparatlardan birini (ibuprofen, parasetamol) vermək olar. Bu preparatlar həm də ağrını götürür.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика