Загрузка...

Doğuş zamanı travmalar

Doğuş həm qadın, həm də körpə üçün çətin bir prosesdir. Bəzən doğuş zamanı qadın travmalar alır. Bu travmalar arasında:

- Uşaqlıq boynunun yırtılması. Bu travmaya tez-tez təsadüf edilir. Doğuş zamanı uşaqlıq boynu tədricən açılır. Əgər uşaqlıq boynu tam açılmadıqda qadın güc verərsə, bu uşaqlıq boynunun yırtılmasına səbəb olacaq. Doğuş zamanı mama-ginekoloq boynunun açılmasına nəzarət edir. Uşaqlıq boynu tam açıldıqda həkim qadına güc verməyə icazə verir. Həkimin icazəsi olmadan qadın güc verməməlidir.

Əgər uşaqlıq boynunun yırtılması baş veribsə, uşaqlıq boynuna mütləq tikişlər qoyulmalıdır. Bu tikişlər xüsusi özüsovrulan materiallarla qoyulur. Uşaqlıq boynunun yaraları çox dərindirsə və (və ya) yaralar çoxdursa, doğuşdan sonra qadına antibakterial preparatlar təyin oluna bilər. Həkim əmizdirmə zamanı istifadə oluna bilən antibakterial preparatlarından birini təyin edir.

Əgər tikişlər qoyulmazsa və ya qoyulmuş tikişlər sonradan açılarsa, bu bir çox problemlərə səbəb ola bilər. Uşaqlıq boynunda ektopiya (eroziya) əmələ gələ bilər, uşaqlıq boynu çatışmazlığı kimi patoloji hal inkişaf edə bilər. Uşaqlıq boynu çatışmazlığı zamanı növbəti hamiləlik özü özündən uşaqsalma ilə nəticələnə bilər. Bu səbəbdən uşaqlıq boynu çatışmazlığı olan hamilə qadına uşaqlıq boynuna xüsusi tikişlər qoyulur. Bu tikişlər doğuşa yaxın sökülür.

Bu problemlərin profilaktikası məqsədi ilə doğuşdan müəyyən müddət sonra qadın tikişlərin vəziyyətinin qiymətləndirilməsi üçün həkimin müayinəsindən keçməlidir.

- Uşaqlıq yolunun yırtılmasına da tez-tez təsadüf edilir. Bir çox hallarda bunun səbəbi qadının doğuş zamanı mama-ginekoloqun göstərişlərinə düzgün əməl etməməsi olur. Doğuş zamanı qadın mümkün qədər sakit olmalı və mama-ginekoloqun göstərişi olmadan güc verməməlidir. Əgər qadın doğuş vaxtı özünü itirir, qışqırır, mama-ginekoloqa qulaq asmırsa və s., bu doğuşun daha gec başa çatmasına, travmalara (həm anada, həm də uşaqda) və s. problemlərə səbəb olacaq.

Uşaqlıq yolununa tikişlər qoyulur. Bəzən tikişlər iltihablaşa bilər. Bu zaman qadında uşaqlıq yolunda ağrılar, irinli frazatlar, hərarətin artması kimi simptomlar əmələ gəlir. Dərhal həkimə müraciət etmək lazımdır.

- Aralıq nahiyəsinin yırtılması. Bunun səbəbi aralıq nahiyəsinin toxumalarının elastikliyinin az olması, mama-ginekoloqun göstərişlərinə əməl etməməsi ola bilər.

Uşağın başı cinsi yolundan çıxdığı zaman müəyyən an qadına gücənməmək tapşırılır. Bu anlarda artıq güc vermək uşağın baş hissəsinin sürətlə çıxmasına və nəticədə aralıq nahiyəsinin yırtılmasına səbəb ola bilər.

Əgər həkim aralıq nahiyəsinin yırtılmasının təhlükəsini görərsə (bu zaman bu yerdə dəri göyərir), aralıq nahiyəsində kəsik aparılır. Bu məcburi tədbirdir. Belə yaralar yırtılmış yaralarla müqayisədə daha tez sağalır. Kəsik zaman heç bir anesteziyaya ehtiyac yaranmır - qadın dartılmış toxumalarda ağrı hiss etmir. Daha sonra bu kəsik tikilir.

Aralıq nahiyəsinə tikişlər qoyulduqda, anesteziyadan istifadə olunur. Yırtıqlar kiçikdirsə, yerli ağrısızlaşdırılma, çox dərindirsə - ümumi narkozdan (damar daxili) istifadə oluna bilər.  Aralıq nahiyəsində tikişlər olan qadın 10 gün ərzində oturmamalıdır. Əks halda bu tikişlərin aralanmasına səbəb olacaq. Həmçinin qadın gigiyena qaydalarına ciddi əməl etməlidir. Lazım olduqda həkim bepanten və ya solkoseril məlhəmi təyin edə bilər (tikişlərə çəkmək üçün).

Tikiş nahiyəsində ağrı, qızarma, ödem əmələ gəldikdə, dərhal həkimə müraciət etmək lazımdır.

- Uşaqlığın yırtılması. Bu çox ağır travmadır. Xoşbəxtlikdən, bu travmaya nadir hallarda təsadüf edilir. Əksər hallarda bunun səbəbi uşaqlığın üzərində çapığın olması (qeysəriyyə kəsiyindən və ya digər əməliyyatdan sonra), çoxsaylı doğuşlar, abortlar və s. ola bilər.

Uşaqlığın yırtılması zamanı təcili qeysəriyyə kəsiyi əməliyyatı tətbiq edilir və daha sonra uşaqlığın tamlığı bərpa olunur. Əgər bu mümkün olmazsa, uşaqlıq çıxarılır.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика