“BUBBLE-TEA” FANATININ BÖYRƏYİNDƏ 300 DAŞ AŞKARLANIB
GƏNCİN CƏMİ 20 YAŞI VAR
Tayvanda həkimlər 20 yaşlı bir qızın böyrəklərində 300-dən çox daş aşkarlayıblar. Qız 1 il ərzində adi su içmədiyini, onun yerinə yalnız bubble tea, meyvə şirələri və alkoqollu içkilər istehlak etdiyini bildirib. Nəticədə o, yüksək hərarət və bel nahiyəsində şiddətli ağrılarla xəstəxanaya müraciət edib.
Aparılan kompüter tomoqrafiyası nəticəsində onun böyrəklərində ölçüsü 5 mm-dən 2 sm-ə qədər olan yüzlərlə daş aşkarlanıb. Həkimlər dərhal əməliyyat edərək daşları orqanizmdən çıxarıb.
Mütəxəssislər xəbərdarlıq edir ki, xüsusilə yaz və yay aylarında susuz qalmaq böyrək daşlarının yaranma riskini artırır. Adi suyun qazlı və şəkərli içkilərlə əvəzlənməsi sidiyin daha konsentrasiyalı olmasına gətirib çıxarır. Bu isə orqanizmdə duzların kristallaşmasına və nəticədə böyrək daşlarının əmələ gəlməsinə səbəb olur.
Saglamolun.Az