MƏSULİYYƏTSİZLİK, YOXSA CAHİLLİK?!
50 yaşlı qadın, kontakt linzaları səhv istifadə etdiyi üçün korluq təhlükəsi ilə üzləşib.
Məlum olub ki, Rusiyanın Rostov vilayətində yaşayan qadın, linzalarını hətta gecələr belə çıxarmayıb. Zamanla onun bir gözündə yara (yazva) əmələ gəlib və bu da əməliyyata səbəb olub. Həkimlər dərhal əməliyyat edərək, pasiyentə buynuz qişası donoru köçürüb. 1 il sonra isə, iltihab səbəbilə zədələnmiş göz büllurunun dəyişdirilməsi aparılıb. Bununla da görmə tamamilə bərpa edilib. Həkimlər həmçinin, kontakt linzaların düzgün istifadə edilməməsinin ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Göz sağlamlığını qorumaq üçün linzaların təlimatlara uyğun istifadə edilməsi tövsiyə olunur.
Saglamolun.Az