Səyahət edənlər həyatdan bezir

YENİ ARAŞDIRMA
Columbia Business School tərəfindən aparılan və Journal of Organizational Behavior jurnalında dərc olunan yeni araşdırmaya görə, ildə ən azı 3 yeni ölkəyə səyahət edən insanlar iş yerində yanma (tükənmişlik) sindromundan 50% daha az əziyyət çəkirlər.
Tədqiqat göstərir ki, beynəlxalq səyahətlər insanın yaradıcılığını artırır, stres səviyyəsini azaldır və ümumi iş məmnuniyyətini yüksəldir. Fərqli mədəniyyətləri öyrənmək və yeni mühitlərdə olmaq insanlara gündəlik iş təzyiqlərindən zehni olaraq uzaqlaşmaq imkanı verir. Bu isə onların emosional dayanıqlığını artırır və psixoloji tükənmənin qarşısını alır.
Aparıcı tədqiqatçı doktor Adam Galinsky qeyd edir ki, tanımadığımız mühitlərdə olmaq beynin “yenidən yüklənməsi” üçün şərait yaradır və bu da səyahətləri zehni sağlamlıq üçün güclü vasitəyə çevirir.
Yeni ölkələrə səyahət etməyin həm şəxsi inkişaf, həm də peşəkar fəaliyyət baxımından önəmi bir daha təsdiqlənib.
Siz sonuncu dəfə hansı ölkəyə səyahət etmisiniz?

Saglamolun.Az