Səhər yeyilməli 3 məhsul

DİETOLOQDAN TÖVSİYƏ

Səhər mütləq yeyilməli olan 3 məhsulun adı açıqlanıb. 

Böyük Britaniyalı dietoloq Paula Martin səhər yeməyinin vacibliyini vurğulayaraq, günə sağlam başlamaq üçün menyuda mütləq şəkildə 3 əsas qida növünün yer almalı olduğunu bildirib: meyvələr, tamtaxıllı məhsullar və süd məhsulları.

Meyvənin bir hissəsi orqanizmi C vitamini, lif, fol turşusu və antioksidantlarla təmin edir. Bu, həm maddələr mübadiləsini sürətləndirir, həm də bağırsaqların sağlam fəaliyyətini dəstəkləyir. Tamtaxıllı çörək, yulaf sıyığı və digər taxıllar aşağı qlisemik indeksə malikdir. Bu isə iştahın tənzimlənməsinə və qanda şəkərin səviyyəsinin sabit qalmasına kömək edir. Süd məhsullarından isə sadə, şəkərsiz yoqurt, pendir və ya kefir tərkibindəki zülal sayəsində əzələlərin saxlanmasına, toxluq hissinin artmasına və hormonal balansın qorunmasına dəstək olur.

Dietoloq həmçinin qeyd edir ki, səhər yeməyini dərhal yuxudan oyanan kimi yemək məcburi deyil — yemək idmandan sonra və ya bir qədər gec qəbul edilə bilər. Lakin səhər yeməyini uzun müddət gecikdirmək və ya tamamilə keçmək gün ərzində şirniyyat və karbohidratlara olan tələbatı artıraraq artıq çəkiyə səbəb ola bilər.

Saglamolun.Az