QICOLMA KEÇİRDİ, HUŞUNU İTIRDİ
Çox su içmək size reanimasiyalıq edə bilər.
Sosial şəbəkələrdə tanınan hindistanlı Dr. Sudhir Kumar bir pasientinin detoks üçün səhər 4 litrə qədər su içdiyi üçün qıcolma keçirdiyini və huşunu itirdiyini deyib.
“Kimsə ona arıqlamaq üçün acqarna 4 litr su içməyi məsləhət görüb. Guya bu miqdarda su bədəndən artıq toksinləri birdəfəlik çıxaracaq və dərini gözəlləkdirəcəkmiş.
O da məsləhətə əməl edib” deyə həkim sosial şəbəkə hesabında paylaşım edib.
Kumar bildirir ki, suyu içəndən sonra əvvəl baş ağrıları, ürəkbulanma başalyıb. Daha sonra isə qıcolma keçirib və huşçunu tamamilə itirib.
Dr. Sudhir, qadının serum natrium səviyyəsinin 110 mmol/L-ə düşdüyünü, normal diapazonun isə 135-145 olduğunu izah edir.
3 gün reanimasiyada qalan qadının orqanizmi bərpa edilib, deyə Dr. Sudhir məlumat verib.
Xatırladaq ki, mütəxəssislər bir dəfəyə deyil, gün ərzində bir stəkandan çox olmayaraq, cəmi 2 litr su içməyi tövsiyyə edir.
Saglamolun.Az