OYUNLARA ALUDƏ OLAN YENİYETMƏNİ QƏFƏSƏ SALDILAR

VALİDEYNLƏR BAŞQA ÇARƏ GÖRMƏYİB


Yeniyetmə qız oyunlara aludə olduğu üçün dəmir qəfəsə salınıb. Valideynlər qızlarının ağlını itirdiyini güman edir.
Dərs eləməkdən imtina edən məktəblinin qəzəblənən ailəsi onun mobil telefonunu əlindən alıb, dəmir qəfəsə bağlayıb.

Qız telefonun əlində olmamağına baxmayaraq, yenə də xəyalən oyun oynamağa davam edib. Video bütün dünyada viral olub.
Mütəxəssislər isə uşaqların oyun asılılığı ilə mübarizə apararkən, valideynlərə sərt cəza tədbirləri əvəzinə, səmimi söhbət aparmağı və psixoloqa müraciət etməyi məsləhət görür.

Bəzən sərt cəzalar əks təsir verir və övladlarınızın psixikasına daha ciddi zərbə vurur, deyə ekspertlər xəbərdarlıq edir.

Saglamolun.Az