Загрузка...

Adi yoncanın inanılmaz faydaları

Yonca adətən heyvanların yemi kimi istifadə olunur. Lakin yonca həmçinin çox faydalı müalicəvi bitkidir.

Yoncanın gülləri xalq təbabətində müxtəlif xəstəliklər zamanı çox geniş istifadə olunur.

- Yonca qadınlar üçün xüsusilə faydalıdır. Yoncanın tərkibində qadın hormanları olan estrogenlərə oxşar maddələr var. Bu maddələr klimaksın xoşagəlməz simptomlarını azaldır, təzyiqi normallaşdırır, qadına klimaksı daha asan keçirməyə kömək edir. Klimaks zamanı yoncadan müalicəvi çay hazırlayın: 2 ç.q. təzə yoncanı termosda 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində 4 dəfə stəkanın 1/4 hissəsi olmaqla qəbul edin. Müalicə kursu - 1 ay

- Bəzi eksperimentlər göstərir ki, yonca bəzi xərçəng formaları zamanı müalicəvi təsir edir. Lakin süd vəziləri, uşaqlıq, yumurtalıq xərçəngi zamanı yoncadan istifadə etmək olmaz.

- Yonca antiseptik, antibakterial, virusəleyhinə təsirə malikdir.

- Yonca sidikqovucu təsir edir, sidik kisəsini və sidik yolları təmizləyir, iltihabı azalıdır.

- Yonca nəfəs yollarını selikdən və mikroblardan yaxşı təmizləyir.

- Yonca immuniteti möhkəmləndirir. Bu məqsədlə belə dadlı və faydalı çay hazırlayın. 1 ç.q. yonca+1 ç.q. itburnu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin və gün ərzində 2 dəfə 1/2 stəkan olmaqla qəbul edin. Çaya bal, limon əlavə etmək olar.

- Yonca dəmləməsi göbələk əleyhinə təsirə malikdir, pis ayaq qoxusunu yox edir. Ayaqlarda göbələk zamanı hər axşam yatmazdan əvvəl yonca dəmləməsi ilə ayaq vannaları edin. 2 xörək qaşığı yoncanın üzərinə 1 l su tökün, dəmləyin və ayaq vannaları üçün istifadə edin.

- Güclü antiseptik və mikrobəleyhinə təsirinə görə yonca kosmetologiya da geniş istifadə olunur. Yağlı iltihablı dərini təmizləmək üçün belə losyon hazırlayın: 5 x.q. təzə yonca güllərinin üzərinə 10 x.q. araq tökün, 7 gün ərzində sərin qaranlıq yerdə saxlayın, sonra süzün və səpgilərin üzərinə çəkin.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика