Загрузка...

Ədviyyatlar əsasında təbii məlhəm. Əzələ ağrılarına son!

Qədim zamanlarda Şərqdə bir çox xəstəlikləri ədviyyatların köməyi ilə müalicə edirdilər.

Xardal soyuqdəymə, cirə öskürək zamanı, keşniş toxumu sakiləşdirici kimi istifadə olunurdu və s.

Qədim təbiblər soyuqdəymə, gərginliklə bağlı olan əzələ ağrıları zamanı ədviyyatlar əsasında hazırlanan çox effektli təbii vasitə istifadə edirdilər. Bu vasitənin reseptini sizə təqdim edirik.

İnqrediyentlər:

- 1/2 stəkan zeytun yağı

- 1/3 çay qaşığı üyüdülmüş keşniş toxumu

- 1/3 çay qaşığı üyüdülmüş zəncəfil

- 1/3 çay qaşığı üyüdülmüş darçın

- 1/3 üyüdülmüş cövüz

- 1/4 çay qaşığı qara istiot

- 1/4 çay qaşığı üyüdülmüş xardal

Hazırlanması:

Yağı su hamamında qızdırın, içinə ədviyyatları tökün, yaxşı qarışdırın və 5-7 dəqiqə ərzində su hamamında saxlayın. Soyudun və ilıq halda ağrıyan əzələyə çəkib massaj edin.

Yağı tünd rəngdə şüşə qaba tökün və sərin yerdə (soyuducuda yox!) saxlayın.

Bu məlhəmi həmçinin öskürək zamanı yatmazdan əvvəl döş nahiyəsinə çəkmək olar.

Soyuqdəymə zamanı bu müalicəvi yağı yatmazdan əvvəl pəncələrə çəkin, massaj edin və isti corab geyinin.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика