Vitamin çatışmazlığını aradan qaldıracaq təbii vasitələr - XALQ TƏBABƏTİ

Vitamin çatışmazlığı bir çox xəstəliklərə səbəb ola bilər. Xalq təbabətində orqanizmi müxtəlif vitaminlərlə təmin etmək üçün bir sıra üsullar məsləhət görülür.

Onlardan bəziləri aşağıdakı kimidir: 

  • A vitamini ilə zəngin olduğu üçün balıq yağı avitaminoza qarşı tətbiq edilə bilər.
  • Çaytikanı toxumlarında A və E vitamini vardır. Avitaminoz zamanı cır limon və çiyələk işlətmək faydalıdır.
  • Feyxoa bitkisinin meyvələrindən alınan təzə şirə skorbut xəstəliyinin müalicəsində ən yaxşı dərmandır.
  • Gicitken bitkisi C, B1, B2, K vitaminləri ilə zəngin olduğu üçün avitaminoz zamanı onun yarpağının bişirməsi və dəmləməsi müsbət təsir göstərir.
  • Limon C və P vitaminləri ilə zəngindir.
  • Novruzgülü bitkisinin yarpağında və itburnu meyvəsində C vitamini, qarğıdalı saçaqlarında isə C vitamini ilə yanaşı K vitamini də vardır.
  • C vitamini dazıotu bitkisində, portağalda, qaragilədə, yetişməmiş qozda, qırmızı çuğundurda, narda, soğanda, şaftalıda, acı istiotda, yazın ilk aylarında toplanmış şam ağacı tumurcuqlarında və başqa meyvələrdə çoxdur. Ona görə də həmin məhsullar skorbutda, hemofliyada, uşaqlıq qanaxmalarında, infeksion xəstəliklərdə, zəhərlənmələrdə, ümumi bədən zəifliyində müvəffəqiyyətlə tətbiq edilə bilər.
  • D vitamini raxit və sümük boşluğu xəstəliyinin qarşısını alır. Həmin vitamin balıq yağında, yumurta sarısında, balıq kürüsündə, süddə, düyüdə və s.- də daha çoxdur.
  • K vitamini qanaxmaların qarşısını alır. O, kahida, ispanaqda, gicitkəndə özünü göstərir.
  • P vitamini kapilyar damarlardan qanın sızmasına maneçilik göstərir. İtburnu meyvəsi, limon, qaragilə, yetişməmiş qoz, çay yarpaqları bu vitaminlə zengindir.
  • E vitamini sonsuzluğun və hamiləliyin pozulmasının qarşısını alır. O, abortlarda, vaxtından əvvəl törənən doğuşlarda, sonsuzluqda, hamiləliyin toksikozlarında, uşaqlıq qanaxmalarında işlədilir. Bu vitamin buğdada, qarğıdalıda, süddə, donuz yağında, göyərtidə daha çoxdur.
  • B, vitamini beri-beri (polinevrit) xəstəliyində, mədə-bağırsaq, ürək- damar, dəri xəstəliklərində və müxtəlif ağrılarda işlədilir. Həmin vitamin pivə mayasında, düyü kəpəyində, buğdada, çovdarda, noxudda, qaraciyərdə, yumurta sarısında, süddə daha çoxdur.
  • B, vitamini süddə, yumurtada, qaraciyərdə, böyrəkdə, əzələdə daha çox müşahidə olunur. Bu vitamin dəri xəstəliklərində, konyuktivitlərdə, stomatitlərdə, nevrasteniyada və s. işlədilir.
  • B, vitamini (pridoksin) donli bitkilərdə, kartofda, ətdə, balıqda, süddə qaraciyərdə, pivə mayasında daha çoxdur. B6 vitamini maddələr mübadiləsinin tənzimində iştirak etməklə, ürək-damar və sinir siteminə, qaraciyərə müsbət təsir edir.
  • Be vitamini (Fol turşusu) təzə göyərtidə, kələmdə, yerkökündə, ispanaqda qaraciyərdə və böyrəkdə olur. Ondan anemiyalarda, xroniki mədə- bağırsaq xəstəliklərində istifadə olunur.
  • C vitamini ilə zəngin olan bitkilərdən biri də soğandır.
  • PP vitamini (nikotin turşusu) qaraciyərdə, böyrəklərdə, əzələdə, süddə, pivə mayasında, tərəvəzdə olur. PP vitamini pellaqra və psixozlarda, damar spazmalarında, xora xəstəliklərində, qurğuşun, benzol, arsen, civə ilə zəhərlənmələrdə tətbiq edilir.
  • İtburnuda çoxlu C. B, K vitaminləri, toxumlarında isə E vitamini vardır.
  • Küncütün tərkibində F vitamini olur
  • Quşarmudu (üvez) meyvəsinin dəmləməsi vitaminli içki hesab olunur. Bu bitkinin meyvəsindən skorbut xəstəliyində istifadə etmək olar.
  • Vitamin azlığı nəticəsində diş ətində baş verən xəstəliyə (sinqa) qarşı soğan əsas vasitələrdəndir. Eyni məqsədlə çiy kartof da çox faydalı təsir göstərir. İstifadə qaydası:
  • Kartofun qabığını soyduqdan sonra sürtgəcdən keçirməli. Gündə 2-3 dafə 1 çay qaşığı kütləni bir neçə dəqiqə ağızda saxlamalı.
  • Avitaminoz zamanı itburnu meyvəsi ilə birlikdə qarğıdalının qurudulmuş meyvəsindən çay kimi dəmləyib içmək yaxşı təsir edir.
  • Avitaminozda alma ağacının təzə yarpaqlarından dəmləmə şəklində istifadə etmək olar.
  • Almanın təzə meyvəsi və yarpağı C, B, PP vitaminləri ilə zəngindir. Albalı deserti avitaminoza qarşı istifadə edilə bilər.
  • Düyü B, E, D vitaminləri ilə çox zəngindir.

Sevinc Hüseynova 

Saglamolun.Az