Qida məhsulların bir çoxları insan orqanizminə müalicəvi təsir edir.
Zeytun
Əgər maşınla uzaq yola çıxdıqda siz ürəkbulanma və qusmadan əziyyət çəkirsinizsə, o zaman yola çıxarkən yanınızda bir qədər zeytun götürün. Çünki zeytun ürəkbulanma əlamətlərini aradan qaldırır və qusmanı kəsir.
Limon
Əgər qulaq ağrısından əziyyət çəkirsinizsə, o zaman qulağınıza bir-iki damçı limon şirəsi damızdırın. Limon qulaq ağrısı problemlərini aradan qaldırır və qulağın pH balansını ödəyir.
Qaysı
Qaysının tərkibindəki liflər həzm sisteminin sürətlənməsinə səbəb olur. Hər dəfə yeməkdən sonra qaysı yemək həzmi normallaşdrır və köpməni aradan qaldırır.
Soda
Sidiyə çıxma və böyrəyin infeksiya xəstəlikləri zamanı 1 stəkan suya 1 çay qaşığı soda qatılıb içilərsə, o zaman infeksiya əlamətləri aradan qalxar. Sodalı su orqanizmdə bakteiyaların azalmasına səbəb olur.
Yer alması ağacının kökü
Tərkibində olanlar orqanizmdəki hormonların miqdarının normallaşmasına səbəb olur, qanda xolesterolun miqdarını aşağı salır.
Kərəviz
Kərəviz ağız qoxusunun aradan qalxmasına səbəb olur. Kərəvizin saplaqlarını çeynəmək ağızdakı qoxuları yox edir.
Kartof
Çiy kartofun iltihab əleyhinə təsiri var. Kartofdan həm də ağcaqanad sançdıqda sakitləşdirici kimi istifadə edə bilərsiniz. Bunun üçün ağcaqanad dişləyən nahiyəyə çiy kartof sürtmək çox faydalıdır./milli.az
Saglamolun.Az