Qaraciyəri və öd kisəsini təmizləyən ZƏNCİROTU ŞİRƏSİ. RESEPT

Zəncirotu çox faydalı və müalicəvi bitkidir. Zəncirotu universal bitkidir. Müalicə məqsədi ilə zəncirotunun yarpaqları, gülləri və kökləri istifadə olunur.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, zəncirotunun güllərindən çox faydalı şirə hazırlanır. Bu şirə orqanizmi toksinlərdən təmizləyir, qaraciyərin və öd kisəsinin fəaliyyətinə müsbət təsir edir, yaxşı ödqovucu təsirə malikdir.

Zəncirotunun güllərini yığın, yuyun, yarım litrlik şüşə bankaya kip doldurun, üzərinə 2 xörək qaşığı şəkər tozu tökün, 5 gün sərin, qaranlıq yerdə saxlayın. Alınmış şirəni süzün və gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla qəbul edin. Müalicə kursu - 10 gün. Şirə qurtarandan sonra yeni porsiya hazırlayın.

Diqqət! Sizdə hər hansı öd və ya qaraciyər xəstəliyi varsa, bu reseptdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.

Saglamolun.Az