Miokard infarktı necə baş verir - VİDEO

Ürək ürək-damar sisteminin əsas orqanıdır. Fasiləsiz işləyən ürək bütün orqanizmi oksigen və qidalı maddələrlə təmin edir.

Ürəyin fəaliyyəti üçün də həmçinin oksigen və qidalı maddələr lazımdır. Onlar ürəyə tac damarları vasitəsilə çatdırılır.

Sağlam insanın damarlarının divarları hamar olur, onların qalınlığı eyni olur. Lakin vaxt keçdikcə damarların divarlarında xolesterin yığılır. Nəticədə damar daralır, onun elastikliyi pozulur. Bu proses ateroskleroz adlandırılır. Əgər ateroskleroz tac damarları zədələyirsə, insanda ürəyin işemik xəstəliyi inkişaf edir.

Miokad infarktı işemik xəstəliyinin kəskin formasıdı. Miokard infarktı zamanı tac damarın daralmasına və ya damarın daxilində trombun (qan laxtası) əmələ gəlməsinə görə ürək əzələsinin hər hansı hissəsinin qanla təmin olunması dayandırılır. Əgər bu hal 15-20 dəqiqədən artıq davam edərsə, bu hissədə olan ürək hüceyrələri məhv olur. Məhz bu məhv olmuş hissə miokard infarktı adlandırılır. İnsan bu zaman ürək nahiyəsində çox güclü ağrı hiss edir. Hətta bir neçə həb nitroqliserin bu ağrını azaltmır.

 

Saglamolun.Az