Ziyillərin maye azotla müalicəsi - VIDEO

Bir çox insanlar ziyillərlə rastlaşır. Ziyillər kosmetik defekt yaradır. Onlardan qurtulmağın  üsullardan biri kriodestruksiyadır.

Kriodestruksiya zamanı maye azot istifadə olunur. Maye azotun köməyi ilə ziyil dondurulur. Az bir müddətdən sonra bu yerdə nazik qabıq əmələ gəlir. Daha sonra qabıq düşür və yerində təmiz dəri qalır.

Bu üsul ağrısız və qansızdır.

Kriodestruksiyanın köməyi ilə həmçinin papillom, kandilom, xal, çapıq, piqment ləkələri yox etmək olar. Bu üsul ginekologiyada da istifadə olunur. Məsələn, bu üsulla uşaqlıq boynu eroziyası müalicə olunur.

Saglamolun.Az