Qadın sonsuzluğu zamanı laparoskopiyadan istifadə edilməsi - VİDEO

Hal hazırda qadın sonsuzluğu müalicəsində laparoskopiyadan geniş istifadə olunur.

Belə ki, bu üsulla bitişmələrin mövcud olmasını aşkar etmək və bu bitişmələri yox etmək mümkündür. Yumurtalıq və uşaqlıq, uşaqlıq borusu və uşaqlıq arasında olan bitişmələr (birləşdirici toxumadan olan nazik zolaqlar) bu orqanların normal yerləşməsini pozur, bunun nəticəsində spermatozoidlər uşaqlıq borusuna düşə bilmir və qadında sonsuzluq inkişaf edir.

Laparoskopiya üsulu ilə yumurtalıqların polikistoz xəstəliyini müalicə etmək mümkündür. Polikistoz zamanı yumurtalıqlar boyüyür, onların qişası qalınlaşır, bunun nəticəsində follikul yumurtalıqdan çıxa bilmir və qadında sonsuzluq inkişaf edir. Laparoskopiya zamanı yumurtalıqların qişası çərtilir və bunun nəticəsində follikulun yumurtalıqdan çıxması asanlaşır.

Laparoskopiyanın köməyi ilə endometrioz ocaqları xaric etmək mümkündür. Endometrioz bir çox hallarda sonsuzluğa gətirib çıxardır.

 

Saglamolun.Az