Bəzi hallarda mioma cərrahiyyə üsulu ilə müalicə olunur. Hal hazırda belə əməliyyatlar endoskopik üsulu ilə həyata keçirilir.
Qadının qarın divarında 4 kəsik aparılır. Daha sonra qarın boşluğu qazla doldurulur (əməliyyat sahəsinin yaxşı görünməsi üçün). Kəsiklərdən qarın boşluğuna endoskop və lazım olan alətlər daxil edilir.
Qadının vəziyyətindən, yaşından, miomaların ölçülərindən, yerləşməsindən və s. amillərdən asılı olaraq əməliyyat zamanı yalnız mioma xaric oluna bilər və ya uşaqlıq tamam xaric oluna bilər.
Saglamolun.Az