Menstrual dövrünün 1-ci günündən başlayaraq yumurtalıqda bir (bəzi hallarda isə iki və ya üç) follikul inkişaf etməyə başlayır.
Menstrual dövrünün ortalarında artıq tam yetişmiş follikul yumurtalığın qişasını yararaq yumurtalıqdan çıxır və uşaqlıq borusuna düşür.
Daha sonra yumurta hüceyrəsi uşaqlıq borusunda hərəkət etməyə başlayır. Əgər burada yumurta hüceyrəsi spermatozoidlərlə rastlaşarsa, mayalanma baş verə bilər. Mayalanma zamanı yumurta hüceyrəsi və spermatozoidin nüvələri birləşir və nəticədə yeni orqanizmin inkişafı başlayır.
Saglamolun.Az