Загрузка...

Uşaqlarda sinir sisteminin travmatik xəstəlikləri

Yıxılaraq başından zədə almayan uşaqları təsəvvür etmək çox çətindir. Körpə uşaqlarda kəllə sümükləri çox yumşaq olduğundan hər hansı bir ciddi yıxılma və ya başın əzilməsini diqqətsiz qoymaq olmaz.

Uşaqda kəllə-beyin travmasının əlamətləri olub-olmamasından asılı olmayaraq, onu dərhal nevropatoloqa göstərmək lazımdır.

İstənilən beyin travması zamanı əsas müalicə prinsipi - ciddi yataq rejimidir. Yüngül dərəcəli beyin travmaları zamanı yataq rejimi 10 -14 gün davam edir. Bu, gələcəkdə ağır beyin patologiyaları baş verməsinin qarşısını alır. Valideynlər nəzərə almalıdır ki, kəllə-beyin travmasından 6 ay-1 il keçdikdən sonra uşaqlarda baş ağrıları, yuxu pozğunluqları, epileptik tutmalar kimi ağırlaşmaların əmələ gəlməsi istisna olunmur. Məhz buna görə də keçirilmiş kəllə-beyin travmasından sonra uşaq 1-2 il ərzində nevropatoloqun ciddi nəzarəti altında qalmalıdır.

Beyinin silkələnməsi kəllə-beyin travmalarının ən yüngül və tez-tez rast gələn formasıdır. Beyinin silkələnməsi zamanı baş beyin strukturlarında heç bir dəyişiklik baş vermir.

Əgər yıxılma və ya zərbə nəticəsində uşaq qısa müddət ərzində huşunu itirmişdirsə, ayıldıqdan sonra isə silkələnməyə qədər, silkələnmə vaxtı və ondan sonra nələr baş verdiyini xatırlamırsa, onda ürəkbulanma, qusma, baş ağrıları, yuxu pozğunluğu və ya yuxuya meyllilik, tez yorulma kimi əlamətlər nəzərə çarpırsa, deməli, uşağınız beyinin silkələnməsi keçirmişdir və onun mütləq nevropatoloqun müayinəsinə ehtiyacı var.

Uşağı hərtərəfli müayinə etdikdən sonra həkim tələb olunan müalicə kursu təyin edir. Vaxtında başlanmış və düzgün aparılan müalicə tədbirləri sayəsində 10-14 gündən sonra beyinin silkələnməsinin bütün simptomları keçib-getmiş olur. Xəstəlikdən tam sağalma isə, adətən, bir ay ərzində baş verir.

Baş beyinin əzilməsinin üç dərəcəsi ayırd edilir: yüngül, orta və ağır. Yüngül dərəcəli baş beyinin əzilməsi zamanı olan simptomlar əsasən beyinin silkələnməsi simptomlarını xatırladır.

Orta və ağır dərəcəli baş beyinin əzilmələri zamanı uşaq bir neçə dəqiqədən bir neçə gün, hətta bir neçə həftə ərzində huşunu itirmiş vəziyyətdə qalır, tənəffüs, qan dövranı dəyişiklikləri və digər pozğunluqlar da baş verir. Bu zaman beyində ciddi struktur dəyişikliklər də baş verir. Bunun nəticəsində xəstədə müxtəlif ifliclər, qıcolmalar, udma aktının, yaddaşın və nitqin kobud pozğunluqları və s. əlamətlər meydana çıxır.

Baş beyin əzilməsinin müalicəsi uzunmüddətli olur və bəzi hallarda tam sagalma ilə nəticələnmir.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика