Загрузка...

Bunu edən böyüklər uşağın immun sistemini zəiflədir

Uşaqların immun sistemi tam formalaşmamış olur. Məhz bu səbəbdən uşaqlar böyüklərlə müqayisədə müxtəlif virus və bakterial infeksiyalara daha tez-tez tutulur.

Bu normaldır. Uşağın immun sistemi müxtəlif ziyanlı agentlərlə "tanış olur" və onlarla mübarizə aparmağa öyrənir.

İnfeksiyanın ilk əlaməti adətən bədən hərarətinin qalxması olur. Valideynlərin əksər hissəsi uşaqda hərarətin yüksəlməsindən qorxur. Əslində isə burada qorxulu heç nə yoxdur. Bu immun sisteminin təbii reaksiyasıdır. Hərarət yüksəldikdə immun hüceyrələrinin "istehsalı" prosesi sürətlənir və orqanizm infeksiya ilə daha fəal şəkildə mübarizə aparır.

İnfeksiya zamanı sağlam uşaqda hərarət qalxır. Bu o deməkdir ki, immun sistemi öz işini görür. İmmun sistemi çox zəif olan uşaqlarda hətta ciddi bakterial və virus infeksiyaları zamanı hərarət qalxmaya bilər. Bu çox pis əlamətdir. Bu o deməkdir ki, uşağın immun sistemi infeksiya ilə mübarizə aparmağa qadir deyil.

Bu səbəbdən uşaqda hərarətin yüksəlməsini "ölümcül təhlükə" kimi qiymətləndirmək və hərarətin yüksəlməsinin ilk simptomlarında hərarəti dərhal salmağa çalışmaq düzgün deyil. Bununla siz uşağın immun sisteminin təbii formalaşması prosesinə kobud şəkildə müdaxilə edirsiniz və onu istəmədən zəiflədirsiniz.

Uşağın hərarətini yalnız 38,5 C-də salmaq lazımdır. Bu göstəriciyə qədər hərarəti salmaq olmaz. Bu uşağın immun sisteminin formalaşmasına böyük ziyan vurur. Bunu hər bir valideyn bilməlidir!

Yalnız nevroloji problemləri və ciddi ürək xəstəlikləri olan və həmçinin 3 ayına qədər olan uşaqların hərarətini 38 C-ə çatdıqda, salmaq lazımdır.

Qızdırması olan uşağı yatağa uzatmaq (uşaq qaçanda və hərəkət edəndə hərarət daha da qalxır), üstünü nazik ədyalla örtmək (uşağı bürüməyin - bu halda hərarət daha da artacaq), bol maye vermək (çay, kompot, su) və vəziyyətinə daim nəzarət etmək lazımdır.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика