Azyaşlılar gün ərzində mütləq bunları etməlidir - Ümumdünya Səhiyyə Təşkilatı AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı yaşı 5-dən az olan uşaqlar üçün yeni təlimat hazırlayıb. Publika.az xəbər verir ki, yeni təlimatda bu yaş dövründə uşaqların daha sağlam olması üçün bəzi təkliflər irəli sürülüb.

Belə ki, fiziki aktivlik, yuxu və televizor qarşısında keçirilən vaxtın müəyyən edilməsində yaş qruplarına görə dəyişikliklər edilib.

Qaydalarda 1 yaşından az uşaqlar, eləcə də 1-2 yaş və 3-4 yaş arası olmaqla qruplara ayrılıb. ÜST-nın son təlimatlarına görə, 1 yaşa qədər uşaqlar gündə bir neçə dəfə fiziki aktiv olmalıdır. Ən azı yarım saat üzü üstə yatırılmalı, ətrafına oyuncaqlar düzərək onlara çatması üçün təşviq edilməlidir.

Təlimata görə, uşaqlar uşaq arabalarında, qucaqda, uşaq stolunda bir saatdan çox qalmamalıdır. Bu yaş qrupunda uşaqların televizor qarşısında vaxt keçirməsi isə heç tövsiyə edilmir.

Təlimatda 3 ay və daha kiçik uşaqların gündə 14-17 saat, 4-11 aylıq uşaqların isə 12-16 saat yatmasını tövsiyə edir.

ÜST-nın təlimatına görə, 1-2 yaş arası uşaqlar hər gün çoxlu yatmalıdır, gün ərzində 180 dəqiqə fiziki aktiv olmalıdırlar. 1 yaşlı uşaqlar ekran qarşısında heç vaxt keçirməməlidir. 2 yaşlı uşaqlar isə 1 saat ekran qarşısında qala bilər.

Yeni qaydalara görə, 3-4 yaşlı uşaqlar gündə bir saat ekran qarşısında vaxt keçirə bilər, onlar ən azı 10-13 saat yatmalıdırlar. Bu yaş qrupunda olan uşaqlar gündə ən azı 180 dəqiqə fiziki aktivliklə məşğul olmalı, minumum 60 dəqiqə açıq havada qaçıb, oynamalıdır.

Amerika Pediatriya Akademiyasının sözçüsü Cenifer Şu bildirir ki, uşağınızın gündəlik həyatını planlayarkən valideynlər bu təlimatları nəzərə almalıdır. Ekran qarşısında və oturaq həyat tərzi maksimum azaldılmalıdır. (publika.az)

Saglamolun.Az




loading...

Не дай себе ослепнуть! Полезные советы от офтальмолога

HƏKİMLƏR

Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...
Güloğlan Quliyev

Güloğlan Quliyev

Terapiya

Terapevt İş stajı – 25 il

Ətraflı...

 


Яндекс.Метрика