Загрузка...

Uşaqların qusmağı əslində faydalı imiş - Orqanizmi təmizləyir

Xəstəliklərin daha çox yayıldığı mövsüm qış fəslidir. Uşaqlar arasında isə ən çox rastlanan pozulmalar qusma və ishaldır.

Adətən buna həzm sistemindəki viruslar səbəb olur. Bu hal vücudda su itkisinə səbəb olur ki, kifayət qədər maye qəbul edilmədikdə daha ağır nəticələr yarada bilər.

Medicina.az bildirir ki, Türkiyədə fəaliyyət göstərən özəl klinikalardan birinin pediatrı Özlem Sipahinin sözlərinə görə, şiddətli qusmalar fərqli xəstəliklərin xəbərçisi ola bilər:

"Qusma mədə bağırsaq infeksiyası xəstəliyinin əlamətlərindən biridir. Uşaqlarda görünən sidik kanalı infeksiyalarından menengitə qədər bir çox xəstəliyin ilk əlaməti olan qusma, qarın ağrısı, halsızlıq, ishala səbəb olur. Bu səbəbdən qusmağa başlayan uşağın nə qədər qusduğuna və  sidiyinin rənginə mütləq nəzarət edilməlidir".

Pediatr əlavə edib ki, əslində ishal və qusma bakteriyaları vücuddan atmağa kömək edir:

"Uşağın qusması zamanı çox sayda bakteriya bədəndən çıxmış olur. Əks təqdirdə bakteriyaların sayı arta bilər və bağırsaq divarını deşərək bütün vücuda yayıla bilər".

Qusma, hər uşaqda və körpədə müşahidə edilə bilən problemdir. Ancaq bəzi vəziyyətlərdə  başqa xəstəliklərin xəbərçisi ola bilər. Bunu müəyyən edən faktorlar isə qusmanın şiddəti, miqdarı və zamanıdır. Körpələrdə görünən şiddətli qusmalar, həzm sistemi ilə bağlı xəstəliklərin siqnalını verə bilər. Hətta mədə darlığı da zədənərək qusmağa yol aça bilər.

Bu zaman mütləq maye çox qəbul edilməlidir. Əgər uşaq içdiyi suyu 10 dəqiqə içərisində qusarsa, bu, su itkisindən xəbər verir. Bu zaman mütləq həkimə müraciət edilməlidir.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика