Загрузка...

Uşağın immunitetinin aşağı olmasını necə müəyyən etmək olar?

İmmun sistemi orqanizmi daxili və xarici “düşmənlərdən” - mikroblar (viruslar, bakteriyalar, göbələklər), yad hüceyrələr və orqanlardan (qanköçürmə və orqan köçürülməsi zamanı), özünün dəyişmiş hüceyrələrindən

(onkoloji xəstəliklərdə) qoruyur. Bütün bunlar sağlam immun sistemi tərəfindən yerinə yetirilir.

Müxtəlif zərərli faktorların (müxtəlif xəstəliklər, natamam qidalanma, radiasiya və digər zərərli ekoloji faktorlar, xroniki stres halları) təsiri altında zədələnmiş immun sistemi öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir. 3-5 yaşına qədər olan uşaqlarda immun sistemi öz vəzifəsini tam şəkildə yerinə yetirə bilmir, sonra isə sanki “özünu bərpa edir”. Ancaq bəzi uşaqlarda “özünü bərpa etmə” 5 yaşından sonra da baş vermir. Onlar yenə də tez-tez və uzun muddət soyuqdəymə ilə, virus infeksiyaları ilə, irincikli xəstəliklərlə xəstələnirlər. Bu xəstəlikləri keçirərkən onların immun sistemi daha da zəifləmiş olur.

İmmuniteti aşağı olan uşaqlarda ilk növbədə KRVİ, qrip xəstəlikləri yüksək hərarətlə müşayiət edilir, onlarda xroniki angina, tez-tez təkrarlanan bronxitlər, hətta pnevmoniyalara da rast gəlinir. Bundan başqa, belə uşaqlarda ishal, səbəbsiz köp və qarın ağrıları da xarakterik hesab olunur. Bəzi uşaqlarda sidik sistemi xəstəlikləri də təsadüf edilə bilər.

İmmuniteti aşağı olan uşaqlarda hər kiçik yara irinləyərək sağalması uzun müddət çəkərək dəridə çapıq əmələ gəlməsi ilə başa çatır. Onlarda tez-tez dodaq ətrafında, ağızda herpetik səpgilər əmələ gəlir, həmçinin müalicəyə pis tabe olan göbələk xəstəlikləri də olur (müalicədən bir qədər sonra təkrarən yenə də əmələ gəlirlər). Bundan başqa, immuniteti aşağı olan uşaqlarda bir çox limfatik (çənəaltı, ön və arxa boyun, körpücüküstü və altı, qoltuqaltı, qasıq) düyünlərinin böyüməsi də müşahidə edilir. Bəzi uşaqlarda dalaq da böyümüş ola bilər. Bundan başqa, belə uşaqlarda adenoid və badamcıqların böyüməsi də müşahidə edilir. Ancaq onu da qeyd etmək vacibdir ki, böyumüş  limfa düyünləri yumşaq, toxumalarla və dəri ilə birləşməmiş, ağrısız olurlar. Bu da öz-özlüyündə xəstəlik hesab edilmir.

“Pis” immun sistemi bir çox zərərli faktorlara (toz, bitki tozları, qida maddələri, kimyəvi maddələr və s.) daha aktiv şəkildə reaksiya verə bilər ki, bunun nəticəsində allergiya adlanan xəstəlik əmələ gələ bilər. Uşaqlarda allergiyanın əmələ gəlməsinin əsas səbəbi də immunitetin aşağı olması hesab olunur.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 xaver 13.10.2011 14:49
menim usagimin 2 yashi var,dogulan gunden qidaya qarshi allergiyasi var.esasen sud mehsullarina ve sirin sheylere qarsh allergiyasi var.bedeni sepir,gozunun ustu ve alti qizarir ve qashinma verir.geceler oyanir ve qashinir.bu goresen nece yashina kimi davam edecek?
#2 admin 14.10.2011 13:44
Hörmətli oxucumuz!
İlk növbədə tez bir zamanda həkim-allerqolo qun qəbuluna yazılın. Allerqiya mütləq müalicə olunmalıdır. Əks-halda xəstəlik daha da dərinləşəcək.
Uşaq ona allerqiya verən qidaları qəbul etməməli, xüsusi pəhriz saxlamalıdır. Bundan əlavə müalicə zamanı antihistamin preparatlardan, immunitet stimullaşdıran dərmanlardan və s. istifadə olunur.
Allah ovladınıza şəfa versin!
#3 lolik-polik israfilov 20.07.2013 19:34
Salam menim oglumun 8 yawi var .onun immuniteti zeifditez-tez xestelenir.men ne ede bilerem ki, onun orqanizminde immunitet artsin?yawina gorede cekiside azdi.qabaqcadan tewekkur edirem.
#4 Administrator 21.07.2013 07:19
Hörmətli oxucumuz!
Saytımızda uşaqların immuniteti və onun möhkəmləndirilm əsi üsulları haqqında çoxlu məlumat var.

loading...
.

HƏKİMLƏR

Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика