Yay istisinin mənfi təsirlərindən necə qorunmalı…

Bədənimizin sabit temperatur dəyəri vardır və normal həyat üçün bu sabit temperaturu qorumağımız lazımdır.

İsti havada tərləmə ilə bədənimizin temperaturu düşür. Ancaq hava çox isti olduqda, üstəlik də rütubətlilik yüksək nisbətdə olduqda tərləmə ilə istiliyi bədənimizdən kənarlaşdırmağımız çətinləşir.

Ancaq tərləmə ilə birlikdə bədənimiz üçün gərəkli olan natrium, kalium kimi duzları də itiririk. Bu zaman böyrəklər itirilən su və duzları bədəndə saxlamağa çalışır, damarlarımızı büzür, darlaşdırır. İstanbul Florence Nightingale Xəstəxanası Daxili xəstəliklər və kardiologiya üzrə mütəxəssis Hayri Parların fikrincə, bu təsirlər nəticəsində qan dövranı və ürəyə daha çox yük düşür.

Beləliklə, isti havada necə davranmalıyıq?..

- İsti hava və tərləmə ilə bədənimiz su və duz itirdikdə qanın axışı azalır, yorğunluq artır. Beləliklə də qan daha çox laxtalanır və damar tıxanıqlığı nəticəsində meydana gələn infarkt riski artır.

- Yüksək təzyiq, ürək çatışmazlığı və ya ürək ritminin pozulması kimi xəstəliyi olanlar bu səbəbdən isti havanın təsirlərinə ən çox məruz qala biləcək insanlardır.

- Sinə ağrısı, nəfəs darlığı, ürək döyünməsi, özündəngetmə hissi, ürəkbulanma, soyuq tər kimi şikayətləri olan xəstələrin mütləq təcili tibbi yardıma və ya həkimə baş çəkməsi   lazımdır.

- Daha çox yüksək təzyiq və ürək çatışmazlığı olan insanların istifadə etdiyi sidikqovucu xüsusiyyətli dərmanlar bədəndən su və duzların xaric olmasına səbəb olur. İsti havada bədənimiz tərləmə ilə su və duz da itirdiyi üçün bu, böyrəyin funksiyalarının pozulmasına gətirib çıxara bilər. Bu dərmanlardan istifadə edən xəstələrin həkimləri ilə məsləhətləşərək dozanı nizamlamaları gərəkli ola bilər.

- Yay aylarında ağır yeməklərdən, artıq yağ və ət qəbulundan uzaq durulmalı, bol maye içilməlidir.

- Alkoqollu içkilər, siqaret, çay və qəhvənin həddindən artıq qəbuluna diqqət edilməlidir.

- Ürək xəstələri günün isti saatlarında mümkün olduqca az hərəkət etməli, evin içində və ya kölgədə qalmalıdırlar. Çölə çıxmaq lazım gəldikdə geniş kənarlı şlpapa taxmalı, açıq rəngli, boş paltarlar geyinməlidirlər.

Ürək sağlamlığı üçün nə cür dəniz və tətil zonası seçmək lazımdır?

Əvvəlcə ürək xəstələrinin tətildən öncə həkim nəzarətindən keçmələri və lazım gəldikdə dərmanlarında nizamlama aparılması önəmlidir.

Tətil üçün ən münasib yerlər temperatur və rütubətliliyin aşağı nisbətdə olduğu zonalardır. Dəniz tətilindən imtina etmək çox çətin olsa da, kontinental iqlimə malik yaylalar kimi daxili bölgələr yay tətili üçün ən uyğun yerlərdir.

Dənizə girdikdə və üzən zaman nələrə diqqət etmək lazımdır?

Günəş şüalarının perpendikulyar düşdüyü 11.00-16.00  saatlarında həm üzməmək, həm də günəş altında qalmamaq önəmlidir. Sadəcə sərinləmək məqsədilə üzmədən dənizə və ya hovuza qısa müddət üçün girmək olar. Hər hansı narahatlıq özünü büruzə verərsə, geri dönə bilmək və panika yaşamamaq üçün çox uzağa getmədən sahilə paralel şəkildə üzmək məsləhətdir.

İsti çox təsir etdikdə bədən temperaturu yüksək olduğu zaman sürətlə deyil, yavaş-yavaş, bədəni öyrəşdirərək suya girilməlidir, suya qəflətən tullanılmamalıdır. Ani temperatur dəyişikliyi damarlarda büzüşmə və infarkt riskini artıra bilər.

İsti saatlarda günəş altında olmaq lazım gəlirsə, geniş kənarlı şlyapa qoymaq, mümkün qədər az hərəkət etmək, dəniz kənarında olmaq lazımdırsa, keçiriciliyi olan çətir altında deyil, tam kölgəli yerlərdə dincəlmək lazımdır.

Ürək sağlamlığı üçün düzgün qidalanma necə olmalıdır?

- Ağır, yağlı yeməklərdən qaçınılmalı, bol tərəvəz, meyvə qəbul edilməli, zeytun və günəbaxan yağı kimi bitki yağlarından istifadə olunmalıdır.

- Az və tez-tez yemək lazımdır.

- Həftədə 2 gün qırmızı ət, digər günlərdə balıq və toyuq ətinə üstünlük verilməlidir. Ürək üçün omega-3 tərkibli balıq ən çox məsləhət görülən ət növüdür. Balıq və toyuq yeyərkən yağlı dəri hissəsinin yeyilməməsi və qızartma yerinə qaynadılmış və ya qril formasına üstünlük verilməlidir.

- Gündə ən az 2-2.5 litr (10-12 stəkan) su içilməlidir. Ayran da içilə bilər amma su ən önəmli maye qaynağı olmalıdır. Ürək, böyrək çatışmazlığı və ya yüksək təzyiq xəstələri gündəlik duz və maye qəbulu ilə bağlı həkimlə məsləhətləşməlidir.

- Kola, qəhvə, dəmli çay kofein tərkibli olduğu üçün döyüntü, ritm pozğunluqlarına səbəb ola və təzyiq dəyişikliklərinə təsir göstərə bilər.

- Alkoqollu içkilərin qəbulu isti havalarda məhdudlaşdırılmalıdır.

- Ürək xəstələri həkimlərin məsləhəti olmadıqca az duz qəbul etməli, duz miqdarı gündə 2-3 qr-dan çox olmamalıdır. Bu miqdarda duzu pendir, zeytun, çörək kimi duzlu qidalarla qəbul etmək mümkündür. Bu səbəbdən yeməklər hazırlanarkən onun az duzlu olmasına diqqət etməli və yemək zamanı yenidən duz əlavə olunmamalıdır.

- Quru paxlalılar kimi lif nisbəti yüksək olan qidalara üstünlük verilməlidir. Ağ çörək əvəzinə kəpəkli, tam taxıllı və ya tam buğda çörəyindən istifadə olunmalıdır. Yüksək miqdarda lifli qidalar ilə qidalanma qandakı xolesterol səviyyəsinin aşağı salınmasında təsirlidir.

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Elçin Zodanov

Elçin Zodanov

Plastik cərrahiyyə

Plastik cərrah İş stajı - 5 il

Ətraflı...

 


Яндекс.Метрика