Başgicəllənmə, nəfəs darlığı, soyuq tər... - Bu simptomlar nəyin əlamətidir?

Aparılan araşdırmalar sübut edir ki, ürək tutmasından əziyyət çəkənlər arasında gənclərin sayı daha da artıb.

Buna görə də xəstəliyin hansısa bir əlaməti(simptom) görünən kimi həkimə müraciət etmək lazımdır. Bəs həmin əlamətlər hansılardır?

Yenicag.az ürək tutmasının ilkin simptomlarını təqdim edir:

1. Sinə nahiyəsində ağrı hissi - Ürək tutmasından xəbər verən ən çox yayılmış əlamətlərdən biridir. Bu zaman ürək xəstələrinin əksəriyyəti sinədə ağrı, təzyiq, yanma və sıxılma hiss edirlər. Bəzən bu ağrılar 20 dəqiqədən çox davam edir.

2. Sol qola yayılan ağrı - Ürək tutması ağrıları sinədən başlayaraq daha çox sol qola doğru yayılır. Nadir hallarda sinə ağrısı olmadan, yalnız qol ağrısı ilə şikayət edən xəstələrə rast gəlinir.

3. Huşunu itirmə və ya baş dönməsi hissi - Aclıq, ayağa tez qalxmaq və s. kimi amillər səbəb olduğu kimi, bəzən də baş dönməsi ürək tutması ilə bağlı əlamət ola bilər. Buna görə də eyni zamanda həm sinədə ağrı, həm də nəfəs darlığı hiss etsəniz, vaxt itirmədən həkimə müraciət edin.

4. Boğaz və çənədə ağrı - Tək başına olan boğaz və çənə ağrısının çox vaxt ürək tutması ilə əlaqəsi olmur. Ancaq sinədən başlayaraq yayılan bir ağrıdırsa, mütləq tədbir görülməlidir.

5. Soyuq tərləmə - Ürək tutmasının ən çox görülən əlamətlərindən biri soyuq tərləmə ilə sinədə olan ağrıdır. Buna diqqət edilməlidir!

6. Nəfəs darlığı - Heç bir səbəb olmadan ani başlayan və keçməyən nəfəs darlığı ürək tutması və ya başqa bir ciddi xəstəliyin əlamətlərindəndir.

7. Ürək bulanması, qusma və mədə ağrısı - Bəzi ürək tutma xəstələri, xüsusilə də qadınlar bu kimi əlamətlərlə həkimə müraciət edirlər. Şübhəsiz, bəzən xəstənin yediyi yemək buna səbəb ola bilər. Ancaq yenədə diaqnozu həkimin qoyması daha məqbuldur.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...
Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...
Bəhruz Eyvazov

Bəhruz Eyvazov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...

 


Яндекс.Метрика