Yaşlı insanlarda təzyiqi qəfil salmaq olmaz - 140-dan aşağı olmamalıdır

Arterial təzyiqin 140/90-dan aşağı olması 70-80 yaşlı insanlar üçün ölüm riskini artırır.

Xüsusən infarkt, insult keçirmiş insanlarda təzyiqi qəfildən çox aşağı salmaq ölümcül ola bilər.

Medicina.az bildirir ki, bunu Berlin Tibb universitetinin tədqiqatçıları bildirib.  Professor Elke Şefnerin rəhbərliyi ilə qrup 1600 nəfər, yaşı 70-i keçmiş qadın və kişinin tibbi məlumatlarını incələyib.

Ildə 2 dəfə onlar yoxlanmış, təzyiqləri ölçülmüş, dərmanlar təyin olunmuş, müxtəlif analizlər alınmışdı. 6 ildən sonra onlar arasında təzyiqin və digər faktorların ölümə səbəb olması araşdırılmışdı.

Nəticədə məlum olub ki, təzyiq dərmanlarının vasitəsilə təzyiqin 140-dan aşağı salınması müdafiə mexanizmi daşımır.  78-80 yaşlı insanlar arasında təzyiqi 140/90-dan aşağı olanlar arasında ölüm faizi daha yüksək olub, nəinki yuxarı təzyiqi olanlarda. İnsult və infarkt keçirmiş xəstələrdə də təzyiqin 140-dan aşağı salınması ölümü 61% artırıb.

Ona görə də bütün yaşlı insanlarda təzyiq 130-a salınmalıdır prinsipi tətbiq olunmamalı, xəstənin yaşı, ürək-damar vəziyyəti nəzərə alınmalıdır. Yaxşı olar ki, 70-dən yuxarı yaş qrupunda dərman və dozalar elə seçilsin ki, təzyiq 140/90 civarında qalsın.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика