Bu 2 maddənin orqanizmdə əskikliyi ürək və damarları xəstə edir. Mənbələr

Kalium və maqnezium ürək-damar sisteminin normal fəaliyyətində böyük rol oynayır.

Bu 2 maddə

- ürək impulsunu yaxşılaşdırır

- qanı duruldur və bununla da damarlarda trombların əmələ gəlməsinin qarşısını alır

- qan damarlarının elastikliyini qoruyur

- damarlarda xolesterinin yığılmasını ləngidir

- ürək əzələsində gedən mübadilə proseslərini yaxşılaşdırır

- arterial təzyiqi və ürək ritmini tənzimləyir.

Orqanizmdə kalium və maqneziumun çatışmazlığı nəticəsində ürək əzələsi pis işləməyə başlayır, əzələnin qidalı maddələr və oksigenlə təmin edilməsi pozulur, ürəyin ritmində problemlər yaranır, təzyiq qalxmağa başlayır, ürək nahiyəsində ağrılar əmələ gəlir və s. Bütün bunlar ürək və damar xəstəliklərinin inkişafı riskini artırır.

Saglamolun.az xəbər verir ki, orqanizm kalium və maqneziumu müxtəlif qida məhsullarından alır. Ürəyin normal fəaliyyəti üçün bu məhsullar daim insanın qidalanmasında olmalıdır.

Kaliumla zəngin olan məhsullar: ərik və ərik qurusu, lobya, noxud, üzüm, qara gavalı, xurma, badam, fındıq, qoz, araxis, kartof, banan. 

Maqneziumla zəngin olan məhsullar: keşyu, badam, püstə, buğda kəpəyi, küncüt, sidr qozu, kakao, soya, yulaf, darı və qarabaşaq yarmaları.

Buna ehtiyac yarandıqda insana həkim tərəfindən tərkibində kalium və maqnezium preparatları (məsələn, Panangin) təyin edilə bilər.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Pərvin Mikayılzadə

Pərvin Mikayılzadə

Ginekologiya

Mama-ginekoloq İş stajı – 20 il

Ətraflı...
Samirə Məlikova

Samirə Məlikova

Pediatriya

Pediatr İş stajı – 17 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...

 


Яндекс.Метрика