Загрузка...

Ürək və damarları sağlam saxlamaq üçün 5 sadə addım

Hər il ürək-damar sistemi xəstəlikləri milyonlarla insanın həyatına son qoyur. Bütün dünyada bu xəstəliklər ölümün əsas səbəbi sayılır.

Son zamanlar ürək-damar sistemi xəstəliklərinin sayı artır və onlar xeyli "cavanlaşır".

Əslində  ürək və damarları sağlam saxlamaq üçün çox sadə tövsiyələrə əməl etmək lazımdır. Saglamolun.az sizə bu tövsiyələri təqdim edir:

1. Çəkinizi daim normada saxlayın. Artıq çəki ürək və damarların əsas düşmənlərindən biridir.

2. Siqaret çəkməyin. Kardioloqlar bu pis vərdişi ürək və damarlar üçün ən ziyanlı hesab edir.

3. Hərəkətli olun. İdman, fiziki tərbiyə, aktiv həyat tərzi damarları və ürəyi cavan saxlamağa kömək edir.

4. Qidalanmada şəkər və şirniyyatların miqdarını minimuma azaldın. Araşdırmalar göstərib ki, yağ deyil, məhz şəkər damarların əsas düşmənidir. Şəkər damarlarda iltihaba səbəb olur ki, bu da xolesterolun yığılmasına şərait yaradır. Xolesterol damarları zədələyir, daraldır, sərt edir, trombların əmələ gəlməsinə səbəb olur. Bütün bunlar isə nəticədə ürək xəstəlikləri, infarkt və insulta gətirib çıxardır.

5. Sarımsaq yeyin. Sarımsaq qanda xolesterolu normada saxlamağa kömək edir. Həmçinin sarımsaq təzyiqi normallaşdırır, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır. 


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика