Koronavirusun tüğyan etdiyi zamanda ağciyərin möhkəmləndirilməsi xüsusi aktualdır.
Bu məqsədlə çox sadə məşq edə bilərsiniz. Ağciyərinin qan dövranını və funksiyalarını yaxşılaşdırmaq üçün şar üfürün.
Saglamolun.az bildirir ki, mütəxəssislər bunu gün ərzində ən azı 5 dəqiqə etməyi tövsiyyə edirlər. Burnunuzla mümkün qədər dərin nəfəs alın və nəfəsinizi şara buraxın.
Yeri gəlmişkən, həkimlər pnevmoniya keçirmiş insanlara da ağciyərin funksiyalarını bərpa etmək üçün şar üfürməyi tövsiyyə edirlər.
Saglamolun.Az