Boğaz ağrısı zamanı HƏKİM MƏSLƏHƏTİ. Təbii resept

Rus həkim terapevt Tatyana Kalemberq "Zdorovye" jurnalının oxucularını boğaz ağrısını müalicə edən sınanmış təbii üsulla tanış edib.

Saglamolun.az xəbər verir ki, həkimin sözlərinə görə o, özü də bu üsuldan daim istifadə edir.

1 iri diş sarımsağı yaxşı əzin, üzərinə yarım stəkan isti su (qaynar yox!) tökün, qapaq altında 20 dəqiqə dəmləyin. Sonra dəmləməni yaxşı süzün və boğazı qarqara edin. Bundan sonra ağzınıza yarım çay qaşığı çaytikanı yağı alın və "əriyənə" qədər saxlayın.

Bu üsuldan gündə 2 dəfə səhər və axşam istifadə edin. 2-3 gündən sonra boğaz ağrısından və iltihabdan əsər-əlamət qalmayacaq.

Sarımsaq fitonsidlərlə zəngindir. Bu maddələr iltihabı müalicə edir. Çaytikanı yağı isə selikli qişanı yumşaldır və bərpa edir.

Diqqət! Tonzillit (angina) zamanı bu üsul yalnız köməkçi vasitə kimi istifadə oluna bilər. Angina antibiotiklərin köməyi ilə müalicə olunmalıdır. Vaxtında və düzgün müalicə olunmamış angina çox ağır fəsadlar törədə bilər.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика