Müasir tibdə xəstələrə çoxlu əzab verən psoriaz xəstəliyinin müalicəsi yoxdur.
Psoriaz xəstələrində tez-tez ağır depressiyalar inkişaf edir, onlarda şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinin riski artmış olur.
ScienceAlert xəbər verir ki, ABŞ alimləri psoriaz xəstəliyini müalicə edən yeni preparat hazırlayıblar. Preparatın adı "iksekizumab"dır. Bu preparatın tətbiqi 70-80% xəstələrdə psoriaz simptomlarının tam yox olmasına kömək edib. Bu vaxta gedən heç bir digər preparat belə nəticə verməyib. Sınaqlarda 21 ölkədən olan xəstələr iştirak edib.
Müalicə başlamazdan bir müddət sonra xəstələrin əksəriyyətində dəri xeyli təmizlənib və ya tam sağalıb.
Məlum olub ki, yeni dərman bəzi yanaşı təsirləri (bağırsaqların iltihabı, göbələk infeksiyası) verib.
Sınaqlar davam edir.
Saglamolun.Az