Çəkisi 7 kq yaxın körpə doğuldu

Nandini adlı 19 yaşlı Hindistan sakini çəkisi 6,8 kq olan körpəni dünyaya gətirib. Yenidoğulmuş körpənin çəkisi 6-aylıq uşağın çəkisinə uyğun gəlir.

Həkimlərin sözlərinə görə, cavan qadında diabet və ya qalxanvari vəzi xəstəliyi aşkar olunmayıb. Adətən bu iki pozulma çəkisi böyük olan körpələrin dünyaya gəlməsinə səbəb olur.

The Telegraph agentliyi xəbər verir ki, uşaq qeysəriyə kəsiyi əməliyyatı nəticəsində dünyaya gəlib. Əməliyyat uğurla keçib, ana və körpənin sağlamlığında heç bir pozulma aşkar olunmayıb.

Ən ağır körpə isə 1955-ci ildə İtaliyada dünyaya gəlib. Onun çəkisi 10 kq-dan bir qədər artıq idi.

Saglamolun.Az