55-yaşlı qadın üçəm dünyaya gətirib

Böyük Britaniyada yaşayan Şeron Katts 55 yaşında 3 uşaq anası olub. Şeronun 4 böyük ovladı və nəvələri var.

55 yaşlı qadın və onun 40 yaşlı təzə həyat yoldaşı Stüart Reynolds bir neçə süni mayalanma proseduradan keçiblər. Lakin proseduralar müsbət nəticə verməyib. Cütlük donor yumurta hüceyrəsindən istifadə etməyə qərar verib.

Şerona maksimal oxşayan bir qadından bir neçə yumurta hüceyrəsi götürülüb, Stüartın sperması ilə mayalandırılıb və Şeronun uşaqlığına yerləşdirilib. 4 embrionda 3-ü sağ qalıb. Hamiləliyin 23-cü həftəsində qadında qanaxma başlayıb və o növbəti 11 həftəsini xəstəxanada keçirib. Hamiləliyin ağır gedişatını nəzərə alaraq həkimlər embrionlardan birini abort etməyi təklif etsələr də, cütlük bundan imtina edib.

Daily Mail xəbər verir ki, üçəm martın 21-də hamiləliyin 34-cü həftəsində dünyaya gəlib. Onların çəkisi 1,8-2,2 kq təşkil edir. Uşaqlar tam sağlamdır.

Saglamolun.Az