Çatışmayan dişlər bioprinterdə çap olunacaq

Qriffit Universiteti (Avstraliya) alimləri çatışmayan dişləri 3-D printerdə çap etməyi planlaşdırır.

Belə dişlər pasiyentə ideal şəkildə uyğun olacaq. Bu texnologiyanın tətbiqi nəticəsində implantantlara və s. bahalı ortodontik konstruksiyalara olan ehtiyac xeyli azalacaq.

Çap üçün insan sümükləri istifadə olunacaq. Lazım olduqda dişlərlə birlikdə damaq və hətta çənə sümüyünün fraqmenti çap oluna bilər.

Hal hazırda travma zamanı zədələnmiş çənəni bərpa etmək üçün pasiyentin bud sümüyünün hissəsi istifadə olunur. Bu travmatik və ağrılı proseduradır.

News Medical xəbər verir ki, alimlər 1-2 ildən sonra yeni texnologiyanı insanlar üzərində test edəcəklər.

Saglamolun.Az