1000 nəfərdən artıq insan, əsasən qadınlar, Johnson & Johnson şirkətinə qarşı ittihamlar irəli sürüb və məhkəməyə müraciət ediblər.
Bloomberg agentliyinin məlumatına görə, onlar sübut edir ki, tərkibində talk maddəsi olan uşaq səpmə dərmanlarının istifadəsi yumurtalıqlar xərçənginin inkişafı ilə əlaqəsi var. Şikayətçilərin fikirinə görə, şirkətin bunda xəbəri var idi, lakin insanlardan bunu gizlədirdi.
Şikəyətlərdə J&J şirkətinə talk satan Imerys Talc America şirkətinin adı da çəkilir.
Bu ilin fevral ayında Amerika Cent-Luis (Missuri ştatı) şəhərinin məhkəməsinin qərarına görə, Johnson & Johnson keçən ilin oktyabr ayında yumurtalıqlar xərçəngindən vəfat etmiş 62-yaşlı Jaklin Foks adlı qadının ailəsinə 72 milyon dollar cərimə və kompensasiya ödəməlidir. Mərhumun qohumları sübut edirdilər ki, xəstəliyin inkişafı səbəbi qadının 35 il ərzində şirkətin məhsullarından (o cümlədən, intim gigiyenə vasitələrdən və uşaq səpmə tozundan) istifadəsi olub.
Məhkəmə şikayətləri haqlı hesab edib və J&J şirkətini fırıldaqlıqda və informasiyanın gizlətməsində taqsırlı bilib.
J&J şirkətinə qarşı növbəti belə məhkəmə prosesi apreldə baş tutmalıdır.
Johnson & Johnson şirkəti 1886-cı ildə təsis olunub. ABŞ-nın ən iri 500 şirkətin sırasnda Johnson & Johnson 37-cı pillədədir. Şirkətin 2014-cü ildə illik dövriyəsi 74 mlrd dollar təşkil edib.
Saglamolun.Az