Kişilər üçün kontraseptiv hazırlanıb

Alimlər kişilər üçün kontraseptiv (hamiləliyin qarşısını alan preparat) hazırlayıblar. Yeni preparatın adı "Vasagel"dir.

Preparat dovşanların üzərində test olunub və yaxşı nəticələr verib. Preparat dovşanların toxumçıxarıcı kanallarına yeridildikdən sonra 12 dovşandan 11-nin spermasına spermatozoidlər aşkar olunmayıb. Bu effekt 1 il ərzində saxlanılırdı və heç bir yanaşı təsirlər müşahidə olunmurdu.

Preparat vazektomiya prinsipi əsasında işləyir - gel spermatozoidlərin spermaya düşməsinin qarşısını alır. Lazım olduqda gel xaric oluna bilər və bu halda reproduktiv funksiya bərpa olunur.

EurekAlert xəbər verir ki, alimlərin fikirinə görə, yeni preparat kişilərdə kontrasepsiya məqsədi ilə istifadə oluna bilər.

Qadın hamiləlik əleyhinə hormonal həblərlə müqayisədə bu preparatın tərkibində hormonlar yoxdur.

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

 


Яндекс.Метрика