Laboratoriyada mini-qaraciyər yetişdirilib

Yaponiya alimləri laboratoriya şəraitində ölçüsü bir neçə millimetr olan mini-qaraciyər yetişdiriblər.

Mini-qaraciyər insanın qaraciyərinin bütün funksiyalarını yerinə yetirir - ziyanlı maddələri zərərsizləşdirir, qan üçün lazım olan zülalları istehsal edir.

TACC informasiya agentliyi xəbər verir ki, alimlər süni orqanı gövdə hüceyrələrindən yetişdiriblər.

2019-cu ildə mini-qaraciyərin kliniki sınaqları başlayacaq. Yeni mini-orqan ağır qaraciyər xəstəlikləri olan pasiyentlərə köçürüləcək. Bu xəstə qaraciyərin fəaliyyətini tənzimləyəcək, ona öz vacib funksiyalarını yerinə yetirməyə kömək edəcək.

Saglamolun.Az