Alimlər araşdırıblar ki, arıqlamanın effektivliyi tək qidaların özündən deyil, onların qəbul vaxtından da asılıdır.
Amerika alimləri çox maraqlı eksperiment aparıblar. Artıq çəkisi olan qadınlara arıqlamaq proqramında iştirak etməyi təklif ediblər.
Eksperimentdə iştirak edən qadınları 2 qrupa böldülər. Birinci qrup qadınlar nahar yeməyini günorta saat 3-ə kimi, 2-ci qrup isə 3-dən sonra yeyirdi.
Müşahidə nəticəsində məlum olub ki, nahar yeməyini saat 3-ə kimi qəbul edən qadınlar daha tez arıqlayırdı. Həmçinin 2-ci qrupda olan qadınlarda insulinə qarşı həssaslığın azalması müşahidə olunub. Bu isə gələcəkdə şəkərli diabetin inkişafı riskini artırır.
Saglamolun.Az