Çində unikal əməliyyat keçirilib

Çin həkimləri 2-günlük körpənin böyrəklərini xroniki böyrək çatışmazlığından əziyyət çəkən 9 yaşlı qıza köçürüblər.

Bu dünyanın ən kiçik donorudur.

Xarici mətbuatın məlumatına görə, körpə doğulduqdan sonra ağır pozulmalar nəticəsində vəfat edib.

Valideynlər həkimlərə uşağın orqanlarını transplantasiya üçün istifadə etməyə icazə veriblər ki, onların ölən körpəsi "bu dünyada digər simada qalsın".

Cərrahlar etiraf ediblər ki, əməliyyat texniki baxımından çətin olub. Lakin əməliyyatın nəticələri həkimləri qane edib.

Saglamolun.Az