ABC News telekanalının məlumatına görə, bu hadisə Baltimor şəhərində baş verib.
9-yaşlı it Xaydi və onun yiyəsi Enn Uills itkin düşmüş insanlar, ev heyvanları və narkotiklərin axtarışı ilə məşğul olan şirkətdə işləyirlər. Xüsusi təlimlər keçmiş Xaydi 7 il ərzində bir neçə itkin düşmüş insan və 2000 artıq ev heyvanlarını tapıb.
Bir dəfə Enni Uills fikir verib ki, onun iti özünü qeyri-adi aparır - başını yiyəsinin sinəsinə qoyur, əllərini cırmaqlayır, qorxu ilə yiyəsinin gözlərinə baxır, tez-tez və ağır nəfəs alır. Bütün bunlar 1 həftə ərzində baş verirdi. Enn belə qərara gəlib ki, it xəstələnib və Xaydini baytarın yanına aparıb. Müayinədən sonra baytar itin tam sağlam olduğunu bildirib. O zaman qadın fikirləşir ki, it onun özündə olan hər hansı pozulmaya işarə edir və həkimə müraciət edir.
Tomoqrafiya Enn Uillsin ağciyərlərində xərşəngin olmasını göstərib.
Qadın etiraf edir ki, xəstəliyin heç bir simptomunu hiss etmirdi.
Hal hazırda qadın cərrahi əməliyyat və kimyaterapiyadan keçib. Həkimlər qadının vəziyyətini normal qiymətləndirir.
Saglamolun.Az