Rusiyada donuz qripinin ilk qurbanı

TACC informasiya agentliyinin məlumatına görə, Rusiyanın Noviy Urenqoy şəhərində 58 yaşlı kişi donuz qripindən ölüb.

Noyabrın ortalarında kişi kəskin respirator infeksiya simptomlarla xəstəxanaya müraciət edib. Xəstə infeksion şöbəsinə yerləşdirilib. 3 gündən sonra kişidə 2-tərəfli pnevmoniya aşkar olunub. Müalicə tədbirlərinə baxmayaraq kişi noyabrın sonunda vəfat edib. Analizlərin nəticəsində məlum olub ki, kişi qonuz qripinə (virus А/H1N1) yoluxmuşdur.

Saglamolun.Az