Doğum evində 2 körpə diri-diri yandı

Rusiya Federasiyasının Tula vilayətində dəhşətli hadisə baş verib.

Tula şəhərinin 1 nömrəli doğum evində 2 yenidoğulmuş uşaq - qız və oğlan fototerapiya seansı zamanı diri-diri yanıb.

Fototerapiya (xüsusi ultrabənövşəyi lampa ilə işıqlandırma) yenidoğulmuşlarda sarılığın müalicəsində istifadə olunur. Bu çox təsirli və ziyansız müalicə üsuludur. Fototerapiya həkimin nəzarəti altında keçirilməlidir. Lakin buna cavabdeh olan həkim Qalina Sundeyeva körpələri nəzarətsiz qoyub. Seans zamanı lampanın üzərində olan parça alışıb. Daha sonra uşaqların döşəkləri və bələyi yanmağa başlayıb.

Yanğın siqnaliasiyası işlədikdən sonra mühafizə xidməti bu haqda xəstəxanaya məlumat verib. Hətta məlumat aldıqdan sonra növbətçi həkim Qalina Sundeyeva heç bir tədbir görməyib və yanğın baş verən yeri yoxlamayıb.

Nəticədə yenidoğulmuş oğlan 3-cü dərəcəli, qız isə 2-3-cü dərəcəli ağır yanıqlar alıb.

Artıq iş məhkəməyə göndərilib. Səhlənkar həkim 5 ilə qədər azadlıqdan məhrum ola bilər.

Saglamolun.Az