Amerika həkimləri maraqlı araşdırma aparıblar.
Eksperiment zamanı alimlər bir qrup insan arasında qidanın çeynəmə sürətini müqayisə edirdilər.
Məlum olub ki, qidanın hər tikəsini daha asta çeynəyən və daha gec udan insanlar tez-tez çeynəyən və iri tikələri udan insanlarla müqayisədə daha az kalori qəbul edir və daha tez doyur.
Alimlər qida qəbulu zamanı mümkün qədər asta çeynəmək, qısa fasilələr etmək və su içmək tövsiyə edirlər. Su mütləq ilıq olmalıdır. Sübut olunub ki, soyuq su qidanın mədədən çıxmasını sürətləndirir və nəticədə insan daha gec doyur və daha çox qida qəbul edir.
Alimlərin fikirinə görə, çeynəmə sürətini azaltmaqla insan az bir müddət ərzində bir neçə kq çəki itirə bilər.
Təbii ki, söhbət sağlam, metabolik və hormonal problemləri olmayan insanlardan gedir.
Saglamolun.Az