Adi saç rezini ciddi infeksiyaya səbəb olub

 



Amerikalı qız Odri Kopp ciddi infeksiyanın qurbanı olub.

Bu infeksiyanın səbəbi adi saç rezini olub. ScienceWorldReport-un məlumatına görə, cavan qız rezini biləyinə taxırdı. Rezin qızın dərisini zədələyib, üzərində yaşayan mikroblar isə yaraya düşərək burada ciddi infeksiyanın səbəbi olub.

Əvvəl qız biləyində qızartı və şişkinlik görüb və buna fikir verməyib. Daha sonra qızın biləyində güclü ağrılar əmələ gəlib. Antibiotiklərin istifadəsi kömək etməyib. Həkimə müraciət etdikdə məlum oldu ki, artıq burada abses (irinlik) yaranıb və bu absesi təmizləmək üçün cərrahi müdaxilə tətbiq edilməlidir.

Saglamolun.Az




loading...

KESAR ƏMƏLİYYATI YOXSA TƏBİİ DOĞUŞ?

 


Яндекс.Метрика