Siqaretin daha bir zərəri kəşf edildi

Elm adamları siqaretin təkcə qırışıqlıqları artırmadığını, eyni zamanda civzələri də çoxaltdığını açıqlayıb.

İngilis Dermatoloqlar Birliyinin illik konfransında açıqlanan nəticələrə əsasən, tütün və tütün məmulatlarının civzələri çoxaltdığı nəzərə çatdırılıb.

Siqaret çəkənlərdə civzə izlərinin siqaret çəkməyənlərlə nisbətdə daha nəzərəçarpan və çox sayda olduğu qeyd edilib.

Siqaret çəkənlərin 54%-də civzə izlərinə rast gəlindiyi vurğulanıb.

Saglamolun.Az