Arıqlama çayları təhlükə saçır! Ürəyin dayanmasına səbəb ola bilər

İnternet vasitəsilə asanlıqla satın alına bilən və əlverişli qiymətləri səbəbilə çox üstünlük verilən arıqlama çayları təhlükə saçır.

Habertürk saytının məlumatına görə, Türkiyə Səhiyyə Nazirliyi arıqlama çaylarında sibutramin maddəsinə rast gəlindiyini qeyd edərək bu məhsullardan istifadə olunmaması ilə bağlı xəbərdarlıq edib. Sibutramin maddəsi həddindən artıq istifadə olunduqda ürək əzələlərinə təsir edir və nəticədə ürək fəaliyyətinin dayanmasına yol açır.

Nazirlik öz hesabatında çəki itkisini asanlaşdırdığı iddiası ilə satışa çıxarılan 50-dən artıq tək formada istifadə olunan arıqlama məhsulu və 125-dən artıq kombinasiya olunmuş məhsulun olduğunu qeyd edib. Bu məhsulların qablaşdırmasının üzərində “yağ əridicilər”, “diyet çayı”, “metabolizm sürətləndirici”, “yağlanmanın qarşısını alan” kimi ifadələrin yer aldığı və istifadəsinin ölümcül nəticələrə gətirib çıxara biləcəyi vurğulanıb.

Siyahıda 72 təhlükəli məhsul var

ABŞ Qida və Dərman İdarəsi və Sağlamlıq Nazirliyinin yayımladığı hesabatda 72 təhlükəli məhsulun adı sadalanıb. Bu məhsullardan ən çox istifadə olunanları bunlardır: “2 Day Diet, 2x Powerful Slimming, 3 Days Fit, 5x Imelda Perfect Slimming, 7 Day Herbal Slim, 8 Factor Diet, Eight Factor Diet, 21 Double Slim, 24 Hours Diet, 999 Fitness Essence, Cosmo Slim, Extrim Plus 24 Hour Reburn, Fatloss Slimming, JM Fat Reducer, Lida DaiDaihua”.

Saglamolun.Az