Ekzema xəstəliyi tarixə qovuşa bilər

İngilis elm adamlarının qənaətinə görə, göbəkbağındaki bəzi proteinlər immunitet sistemi ilə bağlı ortaya çıxan ekzema, oynaq iltihabı və saçqıranların müalicəsində ümid ola bilər.

Habertürk.com saytının məlumatına görə, İngiltərədə elm adamlarının araşdırması göbəkbağından yararlanaraq ekzema, oynaq iltihabı və saçqıranlarla bağlı problemlərin həll edilə biləcəyni ortaya qoyub.

Anthony Nolan Araşdırma İnsititutundan olan alimlər xərçəng xəstələrinin ağrısının azaldılması üzərində çalışdıqları zaman təsadüfən göbəkbağındakı bəzi proteinlərin immunitet sistemi ilə bağlı ortaya çıxan  ekzema, oynaq iltihabı (romatoid artrit) və saçqıranın müalicəsində istifadə oluna biləcəyini aşkar edib.

Elm adamları 3 il ərzində tərkibində bu proteinlər olan kremin insanlar üzərində test edilməyə hazır ola biləcəyini qeyd edib.

Araşdırmaya imza atanlardan Dr. Aurore Saudemont nəticələrin bu proteinler sayəsində adıçəkilən xəstəliklərin ciddi yan təsirlərə yol açmadan müalicə edilə biləcəyini və bir çox xəstənin həyatını dəyişdirə biləcəyini göstərdiyini ifadə edib.

Kremin sağlam toxumalara zərər verən başqa immunitet xəstəliklərinin müalicəsində də istifadə olunması nəzərdə tutulur.

Araşdırmanın nəticələri Anthony Nolan Araşdırma İnstitutunun internet səhifəsində yer alıb.

Saglamolun.Az