ABŞ-da aparılan bir araşdırmada hovuzda çimən zaman gözlərdə yaranan qızartının hovuzdakı xlordan deyil, suya qarışan sidikdən qaynaqlandığı ortaya çıxıb.
Araşdırmaya əsasən, sidiyin tərkibindəki sidik cövhəri ilə hovuz suyunun xloru birləşdikdə gözlərə zərər verən bir kimyəvi maddə ortaya çıxır. Bu birləşmə ağciyərlərə, ürəyə və sinir sisteminə zərər verən bir qazın yaranmasına səbəb olur.
Mütəxəssislər xüsusilə uşaqların hovuzlarda sidik ifraz etməməsinin vacibliyi bərədə xəbərdarlıq edib.
Saglamolun.Az