Avropada bir ilk - keysəriyyə əməliyyatı ilə körpəsini özü çıxardı

Almaniyada fəaliyyət göstərən klinikada keysəriyyə əməliyyatı ilə doğuşu gerçəkləşdirilən bir qadın körpəsini qarnından özü çıxardı.

Bu üsulun da Almaniyada ilk belə sınaq olduğu bildirilir.

Almaniyanın ən çox satılan qəzetlərindən olan “Bild”in internet səhifəsində yer alan xəbərdə Hannover yaxınlarından yerləşən Bad Oeynhausen qəsəbəsindəki qadın doğuş klinikasında yeni doğuş metodunun sınaqdan keçirildiyi qeyd edilib. Xəbərdə bu doğuş metodunun ilk dəfə Almaniyada gerçəkləşdirildiyi və Bad Oeynhausen qadın doğuş klinikasının baş həkimi Manfred Schmittin də uzun zamandır bu əməliyyatı həyata keçirmək niyyətində olduğu vurğulanıb.

Klinikada doğum vaxtı gələn 30 yaşındakı alman ana Oxana Kaiserin həkimin və komandasının köməyilə keysəriyyə əməliyyatı ilə körpəsini qarnından çıxardığı an kameralara da həkk olunub. İlk doğuşunu keysəriyyə əməliyyatı ilə, digər üçünü isə normal doğuşla gerçəkləşdirdiyini deyən qadın bu yeni metodla 4 kq 100 qr çəkisində və 57 sm boyunda oğlan uşağı dünyaya gətirib.

Doğuş üçün beldən aşağı hissəsi keyləşdirilən ana həkimlərin nəzarəti altında uğurlu bir şəkildə iki əli ilə körpəsini tutaraq qarnından çıxarıb. Bu doğuşun yarım saat davam etdiyi və ana ilə körpəsnin sağlamlıq durumlarının yaxşı olduğu qeyd edilir.

Saglamolun.Az